Bank Of Baku

Çempionlar Liqası finalı: İstanbulda "Mançester Siti" və "İnter" qarşılaşacaq

Çempionlar Liqası finalı: İstanbulda "Mançester Siti" və "İnter" qarşılaşacaq
# 18 may 2023 00:55 (UTC +04:00)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.

APA xəbər verir ki, sonuncu matçda "Real Madrid"lə "Mançester Siti" qarşı-qarşıya gəlib.

İlk oyunda İspaniyada 1:1 hesablı heç-heçə edən "Mançester Siti" doğma - "Etihad" stadionunda inamlı qələbə qazanıb - 4:0.

Final matçı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Həlledici qarşılaşmada İtaliyanın "İnter" klubu "Mançester Siti" ilə qitənin ən nifuzlu titulu uğurunda mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası, 1/2 final. "Etihad" stadionu.

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:0 (1:1)

Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol). Xulian Alvares, 90+1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR