Bank Of Baku

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub
# 26 oktyabr 2022 04:17 (UTC +04:00)

UEFA Çempionlar Liqasında E, F, G və H qruplarında 5-ci turun oyunları başa çatıb.

APA xəbər verir ki, E qrupunda İtaliya çempionu “Milan” Xorvatiyada “Dinamo Zaqreb”i 4:0 hesabı ilə məğlub edib.

“Milan” 7 xalla ikinci pillədə qərarlaşıb. Dinamo qrupda sonuncudur.

F qrupunda İspaniya çempionu “Real Madrid” Almaniyada “Leypsiq”ə 2:3 hesabı ilə uduzub.

“Kral klubu” son turda 10 xalla pley-offa vəsiqəni təmin edib. “Leipzig” 9 xalla ikinci pillədə qərarlaşıb.

G qrupunda İngiltərə çempionu “Mançester Siti” Dortmund “Borussiya”sı ilə heç-heçə oynayıb - 0:0.

“Mançester Siti” 11 xalla turnir cədvəlinə başçılıq edir və pley-offa vəsiqə qazanıb. “Borussiya” 8 xalla ikinci pillədə qərarlaşıb.

H qrupunda Fransa çempionu PSJ İsrailin “Makkabi Hayfa” klubunu 7:2 hesabı ilə məğlub edərək 11 xalla lider olub. Portuqaliya “Benfika”sı Turin “Yuventus”una 4:3 hesabı ilə qalib gələrək 11 xal toplayıb.
PSJ və Benfika pley-offa yüksəlib.

Çempionlar Liqası, 5-ci tur :

E qrupu :

“Dinamo Zaqreb” - “Milan” - 0:4
“Zalsburq” - “Çelsi” - 1:2

Qrup cədvəli: “Çelsi”- 10 xal, “Milan” - 7, “Zalsburq” - 6, "“Dinamo Zaqreb”-4.

F qrupu:

“Leipzig” – “Real Madrid” - 3:2
“Seltik – “Şaxtyor” - 1:1

Qrup cədvəli: “Real Madrid” - 10 xal, “Leypsiq” - 9, “Şaxtyor” - 6, “Seltik” - 2.

G qrupu :

“Borussiya” (Dortmund) - “Mançester Siti” - 0:0

“Sevilya” - “Kopenhagen”- 3:0

Qrup cədvəli: “Mançester Siti” - 11 xal, “Borussiya” (Dortmund) - 8, “Sevilya” - 5, “Kopenhagen” - 2.

H qrupu

“PSJ” - “Makkabi Hayfa” - 7:2
“Benfika” - “Yuventus” - 4:3

Qrup cədvəli: “PSJ” -11 xal, “Benfika” - 11, “Yuventus” - 3, “Makkabi Hayfa” - 3.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR