UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo Zaqreb” komandası ilə “Qarabağ” üz-üzə gəlib.
APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri “Qarabağ”dan üstün olublar – 3:0.
Qarşılaşmanın 29-cu dəqiqəsində Marko Pyatsa hesabı açıb.
75-ci dəqiqədə Sandro Kulenoviç fərqi bir qədər də artırıb.
5 dəqiqə sonra isə Kulenoviç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.