Bank Of Baku

ÇL: “Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib

ÇL: “Qarabağ”ın II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib
# 21 iyun 2023 12:25 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bugünkü püşkatmada “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” cütü birinci qrupda yer alacaq.

Təmsilçimizin yer aldığı cüt səpələnmiş olacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlasa, üç variantdan biri ilə qarşılaşacaq.

Ağdamlılar “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə görüşə bilər.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR