“Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb

“Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb
# 24 oktyabr 2015 10:11 (UTC +04:00)

Bakı-APA. Bu il oktyabrın 20-dən etibarən “Seçkilər” Media Mərkəzi fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, mərkəzin tərkibində www.seçki-2015.az saytı fəaliyyətə başlayıb.

Sayt bu ilki parlament seçkiləri, seçki prosesinin ayrı-ayrı mərhələləri, seçki institutlarının, müşahidə missiyalarının, exit-poll keçirən təşkilatların fəaliyyəti, namizədlər haqqında oxucuları məlumatlandıracaq. Resurs yerli və xarici jurnalistlər üçün də informasiya mənbəyidir.

Sayt dövlət orqanları, Mərkəzi Seçki Komissiyası, vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələr qurub, yerli və xarici ictimaiyyətin diqqətinə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəylərini, açıqlama və bəyanatlarını təqdim edir.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Resursda həmçinin seçki prosesi ilə bağlı foto və video görüntülər də yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR