Bank Of Baku

Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib

Daha iki futbolçunun "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib
# 21 aprel 2025 19:11 (UTC +04:00)

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.

Apasport.az saytına verilən məlumata görə, daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.

Ağdam təmsilçisi Amin Ramazanovla vidalaşacaq.

Onun klubla müqavilə müddəti yayda başa çatacaq. Lakin tərəflər yeni sözləşmə imzalamayacaqlar.

Həmçinin "Qarabağ" Sadiq Ramazanovun gedişinə də şərait yaradacaq.

Gənc qapıçını Serbiyanın "İMT Beoqrad" klubu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi isə bunun reallaşması üçün qolkiperlə yollarını ayıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR