2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, növbəti oyun günündə J qrupunun iki görüşü keçirilib.
Əlcəzair millisi Avstriya ilə üz-üzə gəlib. Görüş 3:3 hesablı bərabərliklə başa çatıb. Bu nəticədən sonra Əlcəzair və Avstriya xallarının sayını 4-ə çatdırıb və hər iki komanda pley-off turuna vəsiqə qazanıb. Avstriya qrupu 2, Əlcəzair 3-cü pillədə bitirib.
Qrupun digər matçında isə İordaniya Argentina ilə qarşılaşıb. Son dünya çempionları matçdan 3:1 qalib ayrılıb. Argentina 9 xalla qrupu ilk pillədə bitirib. İordaniya 0 xalla qrup sonuncusu olub.
Hər iki görüş Bakı vaxtı ilə saat 03:00-da start götürüb.
DÇ-2026
J qrupu, III tur
28 iyun
06:00. Əlcəzair - Avstriya 3:3
Qol: Arnautoviç, 28, Belqali, 45, Sabitzer, 55, Mahrez, 60, Mahrez, 90+3, Kaladzic, 90+6
06:00. İordaniya - Argentina 1:3
Qol: Lo Selso, 19, Lautaro Martinez, 31, Tamari, 55, Messi, 80