Bank Of Baku

DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib

DÇ-26: İspaniya 1/8-ə 3 qolla yüksəlib
# 03 iyul 2026 01:01 (UTC +04:00)

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında İspaniya və Avstriya milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Oyunda hesabı 36-cı dəqiqədə Oyarzabal açıb. 66-cı dəqiqədə Pedro Porro İspaniyanın üstünlüyünü 2 topa çatdırıb. Matçın 89-cu dəqiqəsində səhnəyə yenidən Oyarzabal çıxıb. O, Kukurelyanın ötürməsindən sonra özünün 2-ci komandasının 3-cü qolunu vurub.

Görüş ispanların 3:0-lıq qələbəsiylə başa çatıb. Bu nəticədən sonra Avstriya mundialla vidalaşıb, İspaniya isə adını növbəti mərhələyə yazdırıb.

İspaniya 1/8 finalda Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
2 iyul

23:00. İspaniya – Avstriya 3:0

Qol: Oyarzabal, 36, 89, Porro, 66

İspaniya: Simon, Porro, Kubarsi, Laport, Kukurelya, Rodri, Pedri, Lamin Yamal, Olmo, Baena, Oyarzabal

Avstriya: Şlager, Laymer, Alaba, Danso, Poş, Şlager, Zayvald, Sabitser, Vanner, Şmid, Qreqoriç

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR