Bank Of Baku

Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev

© APA | Əliyar Ağayev

# 03 sentyabr 2024 14:48 (UTC +04:00)

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR