Donetskdəki kömür mədənində baş verən partlayış nəticəsində azı 30 fəhlə ölüb

Donetskdəki kömür mədənində baş verən partlayış nəticəsində azı 30 fəhlə ölüb
# 04 mart 2015 09:01 (UTC +04:00)

Bakı – APA. Ukraynanın separatçıların nəzarətində olan Donetsk şəhərindəki Zasyadko adına kömür mədənində partlayış baş verib. APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 05.20-də mədəndə metan qazı partlayıb.

Donetsk separatçıları hadisə zamanı azı 30 nəfərin öldüyünü açıqlayıblar. Xilasedicilər zəhərli qazın yayılması səbəbindən mədənə enə bilmirlər. 167 fəhlə içəridən çıxarılıb. Müxtəlif xəsarətlər alan 14 nəfər xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR