Bank Of Baku

“Fənərbağça” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

"Fənərbaxça" klubunun oyunçusu Onyen Mimoviç

© APA | "Fənərbaxça" klubunun oyunçusu Onyen Mimoviç

# 01 fevral 2025 01:10 (UTC +04:00)

Super Liqa nəhənglərindən "Fənərbaxça" "Srvena Zvezda"dan Onyen Mimoviçi transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

"Sarı-lacivərdlilər" 20 yaşlı futbolçunun həm özü, həm də klubu ilə prinsipal razılıq əldə edib.

İstanbul klubu serb oyunçu ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mimoviç bu mövsüm "Srvena Zvezda"nın heyətində 19 oyuna çıxıb. Cinah müdafiəçisi bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR