Bank Of Baku

“Fənərbaxça” Cenk Tosunla müqaviləni ləğv edib

“Fənərbaxça” Cenk Tosunla müqaviləni ləğv edib
# 15 yanvar 2026 22:20 (UTC +04:00)

“Fənərbaxça”nın heyətində ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Cenk Tosun komandanı tərk edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, 34 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Türkiyəli forvard karyerasını davam etdirəcəyi yeni komandası ilə də razılığa gəlib. O, mövsümün sonuna qədər “Kasımpaşa”da çıxış edəcək.

Qeyd edək ki, Cenk Tosun 2024-cü ildən “Fənərbaxça”da çıxış edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR