Bank Of Baku

"Fənərbaxça" yeni transfer etdiyi oyunçu ilə müqaviləni ləğv edib

Qabriel Souza da Silva

© APA | Qabriel Souza da Silva

# 11 fevral 2025 16:30 (UTC +04:00)

Türkiyə Super Liqa klublarından "Fənərbaxça" yeni transferin keçidindən imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Məlumata görə, Qabriel Souza da Silvanın sağ ayağında zədə aşkarlanıb. Bu səbəblə 20 yaşlı futbolçu mütləq əməliyyat olunmalıdır.

Braziliyalı əməliyyat olarsa, 8-10 ay meydanlardan uzaq qalacaq. "Fənərbaxça" tibbi müayinədən keçə bilmədiyi üçün oyunçunun müqaviləsini ləğv etmə qərarı alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR