Bank Of Baku

"Fənərbaxça"nın 2 futbolçusu həbs oluna bilər

"Fənərbaxça"nın 2 futbolçusu həbs oluna bilər
# 16 avqust 2024 17:56 (UTC +04:00)

Türkiyənin "Fənərbaxça" klubunun iki futbolçusu ilə bağlı həbs cəzası tələb olunur.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, ötən mövsüm "Trendyol" Super Liqasının 37-ci həftəsində baş tutan "Qalatasaray" - "Fənərbaxça" derbisindən sonra baş verən hadisələrlə bağlı istintaq prosesi yekunlaşıb.

Prokurorluq futbolçular Jaden Quinn Oosterwolde və Mert Hakan Yandaş da daxil olmaqla, saxlanılan 5 nəfərin hər biri üçün 6 il 9 aya qədər həbs cəzası istəyib.

Saxlanılanlar içərisində klubunun həkimi Ertuğrul Karanlık, İstanbul təmsilçisinin keçmiş baş məşqçisi Hulusi Belgü və İsmayıl Kartalın oğlu Emre Kartal da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR