İraq ordusu ölkənin ikinci böyük şəhəri olan Mosulun qərbini İŞİD terrorçularından azad etmək üçün əməliyyatları davam etdirir.
APA-nın “Al Mayadeen” telekanalına istinadən verdiyi məlumata görə, bu gün hökumət qüvvələri geniş miqyaslı hücum həyata keçirib.
Ordu komandanlığı Mosulun qərbinin 80 faizinin artıq İŞİD terrorçularından təmizləndiyini açıqlayıb.