Saymon Kleq: “Bağlanış mərasiminə hazırlıq yüksək səviyyədə gedir”

Saymon Kleq: “Bağlanış mərasiminə hazırlıq yüksək səviyyədə gedir”
# 27 iyun 2015 08:20 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. “İyunun 26-da 23 min 370 tamaşaçı oyunları 9 mәkanda izlәyib”. APA-nın mәlumatına görә, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib. O bildirib ki, könüllülülәr yüksәk performans nümayiş etdirir: “217 medal dәsti artıq tәqdim olub. 27 dәst medal bu gün öz sahibini tapacaq. Bu gün velosiped yarışı keçirilmәyәcәk. Sәbәb külәyin sürәtinin yüksәk olmasıdır. Bağlanış mәrasimi ilә əlaqədar hazırlıq işlәri yüksәk səviyyədə gedir. Sabah da 5 idman növü üzrә finallar keçirilәcәk. 29 iyunda 2000-dәn çox insan Azәrbaycanı tәrk edәcәk. Ümid edirәm ki, bu günlәr hәr bir ölkәni tәrk edәn xaricilәrin xatirәsindә gözәl gün kimi qalacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR