Bank Of Baku

Futbol üzrə Belçika millisinə yeni baş məşqçi təyin olunub

Rudi Qarsiya

© APA | Rudi Qarsiya

# 24 yanvar 2025 13:38 (UTC +04:00)

Futbol üzrə Belçika millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Belçika yığmasını Rudi Qarsiya çalışdıracaq.

O, sonuncu dəfə İtaliya A Seriyası komandalarından "Napoli"nin sükanı arxasında işləyib.

60 yaşlı mütəxəssis karyerasında ilk dəfə milli komanda çalışdıracaq.

Qeyd edək ki, Belçika millisi ötən həftə Domenik Tedesko ilə yollarını ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR