"Bank VTB (Azərbaycan)" iyunun sonundan etibarən manatla kreditləşməni bərpa edəcək

"Bank VTB (Azərbaycan)" iyunun sonundan etibarən manatla kreditləşməni bərpa edəcək
# 10 iyun 2015 10:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bank VTB (Azərbaycan)" Sahil filialı 2014-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Hal-hazırda filialda bütün bank xidmətləri göstərilir".

"APA-Economics"in xəbərinə görə, bunu "Bank VTB (Azərbaycan)"nın təşkil etdiyi press-tur çərçivəsində adıçəkilən filialın müdiri Böyükağa Məmmədov deyib.

B. Məmmədov qeyd edib ki, filialın kredit portfeli 10,232 mln. dollar, depozit portfeli 6,053 mln. dollar təşkil edir.

"Filial əsasən istehlak kreditlərinin verilməsi ilə məşğuldur. Bizdə həmçinin avtokreditlər, mənzillərin alışı, istehlak kreditləri verilir. Depozitlərin cəlb olunması sırf fiziki şəxslərlə iş üzrə qurulub. Bu o demək deyil ki, hüquqi şəxsləri qəbul etmirik. Lakin bizim işimiz sırf fiziki şəxslər üzərində qurulub. Filial 1 253 nəfərə kredit verib. Filialda 35 nəfərin depoziti var. Bizim rezident müştərilərdən başqa, qeyri-rezident müştərilərimiz də var. Belə ki, Belarusdan bizim banka əmanət yerləşdirilib", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda kreditlər dollarla verilir. Buna səbəb isə bankın maliyyə mənbəyinin xaricdə yerləşməsidir.

Bununla belə, bank rəsmisi qeyd edib ki, bu ayın sonuna yaxın manatla kreditlərin verilməsi bərpa olunacaq.

B. Məmmədov əlavə edib ki, 2014-cü ilin sonuna filialın mənfəəti 42 min manat, cari ilin I rübündə isə 18,5 min manat təşkil edib. "Bu ilin sonuna 80 min manata yaxın mənfəət əldə etməyi gözləyirik", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR