Qazaxıstan – Azərbaycan oyununu moldovalı hakimlər idarə edəcək

Qazaxıstan – Azərbaycan oyununu moldovalı hakimlər idarə edəcək
# 31 may 2018 14:28 (UTC +04:00)

Azərbaycan millisinin Qazaxıstanla keçiriləcək yoxlama matçının hakimləri müəyyənləşib. Apasport.az “sports.kz”a istinadən məlumat verir ki, iyunun 5-də Astanada baş tutaq qarşılaşmanı moldovalı hakimlər idarə edəcəklər.

Oyunun baş hakimi Aleksandr Tyan olacaq. Ona Andrey Bodyan və Viktor Mardari köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitri Muntyan yerinə yetirəcək.

Qeyd edək ki, “Astana Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR