Bank Of Baku

“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor”un Türkiyə çempionatında oyunları təxirə salınıb

“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor”un Türkiyə çempionatında oyunları təxirə salınıb
# 22 avqust 2023 18:17 (UTC +04:00)

“Galatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Adana Dəmirspor” futbol komandalarının Türkiyə Super Liqasında bu həftə nəzərdə tutulan qarşılaşmaları təxirə salınıb.

APA xəbər verir ki, Türkiyə Futbol Federasiyası Avropa kuboklarında çıxış edən komandaların ölkə çempionatında bu həftə keçirilməli olan oyunlarının təxirə salınmasına qərar verib.

Qeyd edək ki, Konfrans Liqasında çıxış edən “Fənərbaxça”nın rəqibi Niderlandın “Tvente” və “Adana Dəmirspor”un rəqibi Belçikanın “Genk” komandalarının ölkə çempionatlarında bu həftə keçirilməli olan oyunları da təxirə salınıb.

Türkiyə Super Liqasında bu həftə “İstanbulspor”-“Galatasaray”, “Fənərbaxça”-“Başakşehir” və “Adana Dəmirspor”-“Beşiktaş” qarşılaşmaları keçirilməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR