İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail aviasiyası HƏMAS-ın mövqelərinə zərbələr endirib
# 03 fevral 2018 01:29 (UTC +04:00)

İsrail Hərbi-Hava Qüvvələri atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağının cənubunda yerləşən təlim düşərgəsinə zərbə endirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İsrail ərazisinin Qəzza zolağı istiqamətindən raket atəşinə tutulduğu bildirilmişdi.

Bundan əvvəl Qəzzadan İsrail ərazisinə raket atılıb. İlkin məlumata görə, zərərçəkən olmayıb.

Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə qoyub. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR