Bakı Ali Neft Məktəbinin tələbələri “Azərkimya” İstehsalat Birliyində təcrübəyə başlayıblar - FOTO

Bakı Ali Neft Məktəbinin tələbələri “Azərkimya” İstehsalat Birliyində təcrübəyə başlayıblar - <span style="color: red;">FOTO
# 03 iyul 2015 08:47 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində “Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər.

Məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilb ki, bu məqsədlə BANM-in tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə “Azərkimya” İstehsalat Birliyində olublar.

Tədbiri giriş sözü ilə açan “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, millət vəkili Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram qurulduğunu deyib. O, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsinin rəhbərliyini və tələbələrini “Azərkimya” İstehsalat Birliyində görməkdən məmnun olduğunu bildirib. Muxtar Babayev gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə bu təcrübənin tələbələr üçün böyük rolu olacağını söyləyib. O, “Azərkimya” İstehsalat Birliyinin yaranmasından da söz açıb, görülən işlərdən danışdı və tələbələrə uğurlar arzulayıb.

Elmar Qasımov “Azərkimya” İstehsalat Birliyinin rəhbərliyinə səmimi qarşılanmaya və burada yaradılan şəraitə görə təşəkkür edib, istehsalat təcrübəsinin tələbələr üçün çox vacib olduğunu bildirib. O, bu imkanın tələbələrin gələcək karyerasında ilk addım olduğunu deyib. Elmar Qasımov əmək bazarında rəqabətin müasir dünyanın ən vacib məsələlərindən biri olduğunu vurğulayıb, tələbələrə bu imkandan yararlanmağı tövsiyə edib və onlara uğurlar arzulayıb.

Ümumilikdə, BANM-in 38 tələbəsi “Azərkimya” İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcək. Onlardan 18 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcək. Belə ki, “Azərkimya” həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR