Göygöldə yük avtomobili yanıb

Göygöldə yük avtomobili yanıb
# 10 noyabr 2017 05:59 (UTC +04:00)

Bakı-Qazax yolunda avtomobil yanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Göygöl rayonu Hacıməlik kəndindən keçən hissəsində 1978-ci il təvəllüdlü Həmid Rəhimov nar ilə yüklü olan “QAZel” markalı yük avtomobil anidən alışıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, avtomobil tam yararsız hala düşüb. Hissədən verilən məlumata görə yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR