Bank Of Baku

“Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçməyə razılıq verib

“Hamburq”un sabiq hücumçusu “Kəpəz”ə keçməyə razılıq verib
# 04 iyul 2023 15:30 (UTC +04:00)

Yeni mövsümə hazırlaşan “Kəpəz”in heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, transfer çalışmalarını davam etdirən Gəncə təmsilçisi heyətini şimali makedoniyalı oyunçu ilə gücləndirməyi planlaşdırır.

Qərblilər Valmir Nafiunun keçidi ilə bağlı ilkin razılıq əldə edib. Tərəflər müqavilənin maliyyə məsələsində də razılığa gəlsə, 29 yaşlı hücumçu Misli Premyer Liqasında forma geyinəcək.

Nafiu “Şkendiya”da başladığı ötən mövsümü Slovakiyanın “Koşitse” klubunda başa vurub. O, bunadək “Bazel”, “Hamburq”, APOEL, “Skenderbeu”, “Renova” klublarında da oynayıb.

Qeyd edək ki, 2022/23 mövsümündə “Şkendiya”da 10, “Koşitse”də 12 çempionat matçı keçirib. Nafiu bu oyunlarda qol vurmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR