54 mənzilli yaşayış evi Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib - FOTOSESSİYA

54 mənzilli yaşayış evi Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 iyun 2015 09:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iştirak edib.

Nazir tədbir iştirakçılarını 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, Heydər Əliyevin sosial inkişaf kursunun 2003-cü ildən prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sosial təminat sisteminin bütün sahələrində olduğu kimi, müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatında da mühüm addımların atıldığını vurğulayıb: “Ötən il ölkəmizin müxtəlif bölgələrində yeni yaşayış evləri istifadəyə verilməklə, 174 nəfər müharibə əlil və şəhid ailəsi mənzillə təmin olunub. 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanan 5 731 nəfər əlil və şəhid ailəsinin 2014 - 2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqanda hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxıda 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakıda 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınmışdır, onlarda təmir işləri aparılır və bu il təhvil veriləcək”.

S.Müslümov yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətənimiz, dövlətimiz üçün layiqli övladlar böyütməyi arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR