Bank Of Baku

İtaliyalı hücumçu Ciro İmmobile 36 yaşında karyerasını başa vurub

Ciro İmmobile

© APA | Ciro İmmobile

# 15 avqust 2026 11:33 (UTC +04:00)

İtaliyalı hücumçu Ciro İmmobile 36 yaşında futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə forvardın son klubu “Paris” məlumat yayıb.

İmmobilenin Fransa təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, tərəflər sözləşməyə vaxtından əvvəl xitam veriblər.

Karyerası ərzində “Latsio”, “Borussiya” (Dortmund), “Yuventus”, “Beşiktaş”, “Sevilya”, “Torino”, “Cenoa”, “Bolonya”, “Peskara”, “Qrosseto”, “Siena” və İtaliya millisində çıxış edən İmmobile A Seriyasında 4 dəfə bombardir olub.

O, 2020-ci ildə “Qızıl buts” mükafatını qazanıb, İtaliya millisi ilə AVRO-2020-nin qalibi olub. İmmobile həmçinin 207 qolla “Latsio”nun tarixində ən çox qol vuran futbolçudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR