Türkiyənin TRT kanalı yeni layihə həyata keçirəcək

Türkiyənin TRT kanalı yeni layihə həyata keçirəcək
# 02 iyun 2015 10:16 (UTC +04:00)

Bakı-APA. Türkiyənin TRT kanalı yeni layihə həyata keçirəcək.

TRT-nin Bakı Bürosundan APA-ya verilən məlumata görə, TRT “Avropa FM Məmləkətim FM” adı altında bütün Dünya Türkləri üçün yayıma başlayır. Xaricdə yaşayan Türkiyə vətəndaşları 1937-ci ildən indiyədək “Türkiyənin Səsi” radiosunu dinləyə bilirdilər.


TRT sayəsində xaricdə yaşayan Türkiyə vətəndaşları radio kanalına sahib olacaq.
”Məmləkətim FM” 24 saat yayım imkanına malik olmaqla, müvəqqəti olaraq, internet portalı www.memleketim.gov.trüzərindən yayıma başlayacaq.


TRT- nin baş direktoru Şenol Göka radio yayımcılığını dəstəklədiyini, gənçlərin Türkiyə türkcəsindən mükəmməl şəkildə istifadə etmələri istiqamətində “Məmləkətim FM”in böyük rol oynayacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR