Ekvador parlamentinin sədrini öldürmək istəyiblər

Ekvador parlamentinin sədrini öldürmək istəyiblər
# 16 fevral 2017 08:01 (UTC +04:00)

Ekvador parlamentinin sədrinə sui-qəsd cəhdi edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə parlamentin sədri Qabriela Rivadeneyra özünün “Twitter” səhifəsində yazıb.

“Kabinetimə içərisində CD olan zərf gəldi. Həmin CD orta gücə malik, lakin insanı öldürə biləcək partlayıcı qurğu idi. Xoşbəxtlikdən partlayış olmadı”, - deyə o, yazıb.


Ölkə prokurorluğu hadisəni araşdırır.

Qeyd edək ki, fevralın 19-da Ekvadorda parlament seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR