Nazirlik: Dağlıq Qarabağdan olan musiqi qrupunun İranda çıxış etməsi araşdırılır

Nazirlik: Dağlıq Qarabağdan olan musiqi qrupunun İranda çıxış etməsi araşdırılır
# 07 fevral 2017 09:09 (UTC +04:00)

“İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupunun İranda konsert proqramı ilə çıxış etməsi məsələsindən xəbərimiz var. Bu məsələni Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə araşdırır".

Bunun APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. Nazirlik rəsmisi bildirib ki, araşdırmaların nəticəsi haqqında ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, İşğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimin “Artsaxın səsi” adlı musiqi qrupu İranda konsert proqramı ilə çıxış edəcək. Qrup bu il Rusiya, Argentina və Braziliyada da çıxış etmək üçün dəvət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR