Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 12 yanvar 2018 09:04 (UTC +04:00)

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 11-də saat 18 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakini İlham Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Zahid Şahbazovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR