Abşeronda avtomobil bacı-qardaşı vurub

Abşeronda avtomobil bacı-qardaşı vurub
# 21 noyabr 2017 21:36 (UTC +04:00)

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib. APA-nın xəbərinə görə, "Mercedes" markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR