Britaniya səfiri: “Azərbaycan biznesin inkişafı üçün böyük imkanlar olan ölkədir” - VİDEO

Britaniya səfiri: “Azərbaycan biznesin inkişafı üçün böyük imkanlar olan ölkədir” - <span style="color: red;">VİDEO
# 09 iyun 2015 10:58 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Avropa Oyunları ilə bağlı Azərbaycanda işləyən Britaniya şirkətlərinin təqdimatı haqqında videoçarxda deyib. O bildirib ki, uzun müddət Azərbaycan neft və qaz mərkəzi kimi tanınıb: “İndi isə ölkə yeni sahələri inkişaf etdirir. Bu iqtisadi şaxələndirmə üçün yeni nümunələrdən biri də Bakı 2015 ilk Avropa Oyunlarına ev sahibliyidir. Bu video Britaniya şirkətlərinin bu imkanları uğurlu şəkildə inkişaf etdirmək üçün Azərbaycanla işləməsi barədədir”.

Daha sonra Azərbaycanda çalışan Britaniya şirkətləri fəaliyyətləri barədə məlumat veriblər. Bu sırada “Aggreko”, ICON, “Populous”, “Global İnfusion Group”un adı çəkilir. Bu qurumların Azərbaycanda keçiriləcək növbəti beynəlxalq yarışlarda da fəaliyyət göstərəcəkləri qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR