Bank Of Baku

Konfrans Liqası: Azərbaycan klublarının mümkün rəqibləri bəlli olub

Konfrans Liqası: Azərbaycan klublarının mümkün rəqibləri bəlli olub
# 21 iyun 2023 15:32 (UTC +04:00)

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının mümkün rəqibləri də bəlli olub.

“Neftçi” bu raundda “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bakılılar ilk oyunu səfərdə keçirəcək.

“Sabah”ın rəqibi isə “Makedoniya” (Makedoniya) – RFS (Latviya) cütünün qalibi olub. Bakı klubunun avrokuboklarda debütü səfərdə gerçəkləşəcək.

“Qəbələ” isə “Omoniya” ilə qarşılaşacaq. Təmsilçimiz mübarizəyə evdə start verəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR