Konfrans Liqasının final oyununu türkiyəli hakim idarə edəcək

Halil Umut Meler 

© APA | Halil Umut Meler 

# 12 may 2025 19:30 (UTC +04:00)

UEFA Konfrans Liqasının final mərhələsində "Betis" - "Çelsi" oyununu idarə edəcək hakim bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Matçı Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Pelyo idarə edəcək. Ona eyni federasiyadan Senad Ibrişimbeqoviç və Davor Belyo kömək edəcək.

Matçın dördüncü hakimi isə Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq.

Qeyd edək ki, "Betis" - "Çelsi" matçı may ayının 28-i Polşada baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR