Bank Of Baku

“Krılya Sovetov”un sabiq hücumçusu “Neftçi”nin hədəfindədir

“Krılya Sovetov”un sabiq hücumçusu “Neftçi”nin hədəfindədir
# 25 iyul 2023 15:59 (UTC +04:00)

“Neftçi”nin transfer siyahısında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın heyətinə qata biləcəyi futbolçuların siyahısına yeni adlar əlavə edilib.

Artıq bu oyunçulardan birinin adı bəli olub. Bakılılar Qazaxıstan millisinin və “Astana”nın hücumçusu Abat Aymbetovun xidmətində maraqlıdır. 27 yaşlı forvardın klubu ilə müqaviləsi 2023-cü il dekabrın 31-də başa çatacaq

Qeyd edək ki, Abat karyerası ərzində “Aktobe”, “Krılya Sovetov”, “Kayrat” klublarında da oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR