Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var - FOTOSESSİYA

Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb, yaralılar var - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2016 15:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nıln qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.

Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü olan 1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər, 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR