İran Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub - YENİLƏNİB

İran Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub - <span style="color: red;">YENİLƏNİB
# 03 yanvar 2018 19:28 (UTC +04:00)

İranın Piranşəhr sərhəd bölgəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam Respublikasının Keşikçilər Korpusundan (SEPAH) bildiriblər.

Məlumata əsasən, yanvarın 3-də Piranşəhr sərhəd bölgəsində İran təhlükəsizlik qüvvələri ilə bir qrup silahlı arasında atışma baş verib.

Atışma nəticəsində Təhlükəsizlik Nazirliyinin 3 əməkdaşı həyatını itirib.

***

22:08

İranda baş verən iğtişaşlar zamanı İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) üç üzvü həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “Al Jazeera” telekanalı SEPAH-a istinadən xəbər verib.

İnsidentin ölkənin şimal-qərb bölgəsində silahlı şəxslərlə atışma nəticəsində baş verdiyi bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR