Mahir Emreli “het-trik” edib - VİDEO

Mahir Emreli

© APA | Mahir Emreli

# 18 may 2025 19:37 (UTC +04:00)

Almaniya II Bundesliqasında XXXIV turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də növbəti matçına çıxıb.

Komanda "Ayntraxt Braunşvayq"la qarşılaşıb.

Mahir görüşə start heyətdə başlayıb. O, 10, 20 və 45-ci dəqiqələrdə fərqlənərək komandasının heyətində het-trik etməyi bacarıb.

Qeyd edək ki, oyun "Nürnberq"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR