Bank Of Baku

“Mançester Yunayted”ə yeni baş məşqçi təyin olunub

Ruben Amorim

© APA | Ruben Amorim

# 01 noyabr 2024 16:59 (UTC +04:00)

Erik ten Haqla yollarını ayıran “Mançester Yunayted” yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Ruben Amorim komandanın yeni baş məşqçisi təyin edilib.

39 yaşlı çalışdırıcı ilə 2027-ci ilə qədər müqavilə imzalanıb. Portuqal mütəxəssisin müqaviləsini 1 illik uzatma variantı var.

Ruben Amorim komandaya noyabrın 11-də qoşulacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR