Bank Of Baku

“Mançester Yunayted”in baş məşqçi Ruben Amorim istefaya göndərilib

Ruben Amorim

© APA | Ruben Amorim

# 05 yanvar 2026 14:26 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçi Ruben Amorimi istefaya göndərib.

APA xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumatda “Mançester Yunayted” futbol komandasının baş məşqçisi Ruben Amorimlə yolların ayrıldığı açıqlanıb.

Açıqlamada o da bildirilir ki, yanvarın 7-də “Bernli” ilə qarşılaşmaya “Qırmızı şeytanlar” Darren Fletçerin rəhbərliyi altında çıxacaq.

Qeyd edək ki, “Mançester Yunayted” portuqaliyalı mütəxəssisin rəhbərliyi altında ümumilikdə 63 oyuna çıxıb, 25 qələbə qazanıb, 15 heç-heçə edib, 23 dəfə məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR