Koreyalı alim Bilik Fondunda görüş keçirib

Koreyalı alim Bilik Fondunda görüş keçirib
# 16 aprel 2015 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Koreyanın KİAS İnstitutunun direktoru, kvant mexanikası və nəzəri fizika sahələri üzrə mütəxəssis Kim Jaewan Prezident yanında Bilik Fondunda görüş keçirib. Fonddan APA-ya verilən məlumata görə, “Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində Azərbaycana gələn koreyalı qonaq qurumun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüb. O.Səmədov professor Kim Jaewana Bilik Fondunun həyata keçirdiyi layihələr, maarifçilik sahəsində fəaliyyət istiqamətləri barədə məlumat verib.

Səfər çərçivəsində professor K. Jaewan Bilik Fondunun əməkdaşları ilə birgə Qafqaz Universitetində, AMEA-nın Fizika İnstitutunda, Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Agentlikdə görüşlərdə olub.

Koreyalı alim Qafqaz Universitetində tələbə və müəllimlərə “Kvant informasiya elmi və texnologiyası” mövzusunda mühazirə deyib. Mühazirədə kvant mexanikası və nəzəri fizikaya dair tezis və mülahizələrini bölüşən K. Jaewan tələbələri maraqlandıran sualları da cavablandırıb.

Koreya Azərbaycandakı səfiri Çoi Suk-İnlə görüşən professor K. Jaewan Azərbaycandakı görüşlərdən məmnun qaldığını, Bilik Fondu ilə əməkdaşlığını daha da genişləndirmək niyyətində olduğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR