Ötən il avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

Ötən il avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb
# 31 yanvar 2017 08:27 (UTC +04:00)

Ötən il dekabrın 27-də Bakının Yasamal rayonu ərazisində VAZ-2107 markalı avtomobil tərəfindən vurulan Füzuli rayon sakini xəstəxanada ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ötən il dekabrın 27-də Yasamal rayonu ərazisindəki Kənar dairəvi yolda Lənkəran rayon sakini Boyli Məlikzadə idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Füzuli sakini Məlahət Vəliyevanı vurub.

Xəstəxanaya yerləşdirilən M. Vəliyeva yanvarın 9-da orada ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR