Almaniya milli komandasında daha bir ayrılıq gerçəkləşib.
Apasport.az xəbər verir ki, 38 yaşlı canlı əfsanə Mauel Noyer yığma ilə vidalaşıb.
2024-cü ildə Almaniyada təşkil olunmuş Avropa Çempionatında İspaniyaya qarşı oynanan 1/4 final qarşılaşması onun milli karyerasında son matç kimi tarixə düşüb.
Qeyd edək ki, bir neçə gün əvvəl İlkay Gündoğan da artıq Almaniya millisində oynamayacağını açıqlamışdı.