Bank Of Baku

Mbappe qol vurduğu 21 oyundan 19-da "Real Madrid" qələbə qazanıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe

© APA | "Real Madrid"in hücumçusu Kilian Mbappe

# 25 yanvar 2026 10:51 (UTC +04:00)

"Real Madrid"in hücumçusu Kilian Mbappe növbəti dəfə komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

Apasport.az xəbər verir ki, ötən gün keçirilən oyunda Madrid təmsilçisi "Vilyarreal" üzərində 2:0 hesablı qələbə qazanıb. Qarşılaşmada 27 yaşlı fransız futbolçu dubla imza atıb.

Statistikaya görə, Mbappenin qol vurduğu 21 oyunun 19-da “Real Madrid” qələbə qazanıb. Hücumçunun fərqlənə bilmədiyi 11 qarşılaşmada isə paytaxt klubu cəmi 4 qələbə əldə edib, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib.

Hazırda La Liqanın turnir cədvəlində 51 xalla birinci yerdə qərarlaşan “Real Madrid”i 2 xal geridə olan "Barselona" izləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR