Səməd Seyidov: “İnsan Hüquqları üzrə Birləşmiş Qrup fəaliyyətini davam etdirir”

Səməd Seyidov: “İnsan Hüquqları üzrə Birləşmiş Qrup fəaliyyətini davam etdirir”
# 27 fevral 2015 13:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İnsan Hüquqları üzrə Birləşmiş Qrup fəaliyyətini davam etdirir, fəaliyyətimizi heç vaxt dayandırmırıq”.

Bunu APA-ya açıqlamasında İnsan Hüquqları üzrə Birləşmiş Qrupun həmsədri Səməd Seyidov söyləyib.

S.Seyidov bildirib ki, Qrupun fəaliyyəti və gördüyü işlər Azərbaycanda vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələri tərəfindən həyata keçirilir: “İnsan Hüquqları üzrə Birləşmiş Qrupun katibliyi var, sənədlər toplanır və ehtiyac yaranan kimi İnsan Hüquqları üzrə Birləşmiş Qrupunun iclası da keçiriləcək. İşçi Qrupunun gündəliyinə isə bir məsələ daxildir. Bu, insan haqları ilə bağlı məsələlərdir. Biz bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk”.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrup Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək, 2014-cü il oktyabrın 22-də ilk iclasını keçirib. İşçi Qrupun həmsədrləri Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. İnsan Hüquqları üzrə Birləşmiş Qrupun son iclası 12 noyabr 2014-cü ildə keçirilib. Qəbul edilmiş reqlamentə görə Qrupun iclası zərurət olduqda, ancaq 2 aydan gec olmayaraq keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR