Bank Of Baku

Messi qol sayında Ronaldonu arxada qoyub

Messi qol sayında Ronaldonu arxada qoyub
# 19 sentyabr 2022 09:59 (UTC +04:00)

Lionel Messi yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduz penaltilər nəzərə alınmamaqla vurulan qol sayında zirvəyə yüksəlib.

O, PSJ-nin Liqa1-in “Lion”la matçında qələbə qoluna sevinib – 1:0. Bu Messinin karyerasında ümumilikdə 802-ci, penaltiləri saymasaq, 672-ci qolu olub. O, hərəyə 671 dəfə fərqlənən Kriştiano Ronaldo və Peleni arxada qoyub. Ümumi qol sayı 834-ə bərabər olan Ronaldo 150 oyun çox keçirib.

Qeyd edək ki, Messi cari mövsümün 11 matçında 6 qola imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR