Bank Of Baku

Meydanda huşunu itirən futbolçu vəfat edib

Xuan İskerdo

© APA | Xuan İskerdo

# 28 avqust 2024 12:15 (UTC +04:00)

Uruqvayın “Nasyonal” klubunun futbolçusu Xuan İskerdo vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunun 1/8 final mərhələsində Braziliyanın “San Paulo” komandası ilə görüşdə meydanda huşunu itirmiş və daha sonra xəstəxanaya aparılıb.

Futbolçuya ürək ritminin pozulması və kəllədaxili təzyiqin artması diaqnozu qoyulub.

İskerdo karyerası ərzində ölkəsində “Nasyonal”la yanaşı, “Liverpul”, “Montevideo”, “Atletiko San Luis”, “Penayrol” kimi klublarda çıxış edib.

O, 2022-ci ildə “Nasyonal”la Uruqvay çempionu olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR