Millətlər Liqası: Türkiyə və Fransadan qələbə

Millətlər Liqası: Türkiyə və Fransadan qələbə
# 15 oktyabr 2024 00:51 (UTC +04:00)

Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycan yığması Bakıda Slovakiyanı qəbul edib.

Bundan başqa azarkeşlər üçün günün daha bir maraqlı qarşılaşması İslandiyada baş tutub. Türkiyə millisi şimallıların qonağı olub.

Görüş "ay-ulduzlular"ın qələbəsi ilə nəticələnib - 4:2.

A Liqasında isə Belçika Fransa ilə üz-üzə gəlib. İtaliya İsraili, Almaniya isə Niderlandı sınağa çəkib.

UEFA Millətlər Liqası
IV tur

A Liqası
2-ci qrup

22:45 Belçika – Fransa 1:2
22:45 İtaliya – İsrail 4:1

Xal durumu: İtaliya – 10, Fransa – 9, Belçika – 4, İsrail – 0

3-cü qrup

22:45 Almaniya – Niderland 1:0
22:45 Bosniya və Herseqovina – Macarıstan 0:2

Xal durumu: Almaniya – 10, Niderland, Macarıstan – 5, Bosniya və Herseqovina – 1

B Liqası
1-ci qrup

20:00 Gürcüstan – Albaniya 0:1
22:45 Ukrayna – Çexiya 1:1

Xal durumu: Çexiya – 7, Gürcüstan, Albaniya – 6, Ukrayna – 4

4-cü qrup

22:45 Uels – Monteneqro 1:0
22:45 İslandiya – Türkiyə 2:4

Xal durumu: Türkiyə – 10, Uels – 8, İslandiya – 4, Monteneqro – 0

C Liqası
1-ci qrup

20:00 Azərbaycan – Slovakiya 1:3
22:45 Estoniya – İsveç 0:3

Xal durumu: İsveç, Slovakiya – 10, Estoniya – 3, Azərbaycan – 0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR