Şirvanda bir gecədə iki mağazadan oğurluq edilib - VİDEO

Şirvanda bir gecədə iki mağazadan oğurluq edilib - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 07:46 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində bir gecədə iki oğurluq hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ilk hadisə şəhərin Xaqani küçəsində yerləşən, Məmmədov Faiq Səməndər oğluna məxsus ərzaq mağazasında qeydə alınıb. Gecə saat 03.00 radələrində mağazanın tavanını deşərək içəri daxil olan oğrular 350 manatlıq mobil kontur, 500 manat pul və çoxlu sayda siqaret və digər məhsullar götürərək oranı tərk ediblər. Oğrular eyni zamanda mağazaya quraşdırılmış izləmə kamerasının blokunu yerə çırparaq yararsız hala salıblar.

Digər oğurluq hadisəsi həmin küçədəki optika mağazasında baş verib. Eyni üsulla içəri daxil olan oğrular kassadan 150 manat pul götürərək aradan çıxıblar.

Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları oğruların yaxalanması istiqamətində tədbirlər görür. Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR