"İtaldizayn"ın mənfəəti 1,2 mln. manatı ötüb

"İtaldizayn"ın mənfəəti 1,2 mln. manatı ötüb
# 15 sentyabr 2017 07:40 (UTC +04:00)

"İtaldizayn" QSC ötən il aktivlərini artırıb.


"APA-Economics" şirkətin yaydığı audit hesabatına istinadən xəbər verir ki, "İtaldizayn"ın məcmu aktivləri 2015-ci illə müqayisədə ötən il 2,52 dəfə artaraq 32 mln. 935,410 min manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 2,65 dəfə artaraq 28 mln. 148,202 min manat olub.


Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 0,77% artaraq 65 mln. 282,87 min manat təşkil edib.


2016-cı ildə "İtaldizayn"ın cəmi gəlirləri 5 mln. 722 min 668,97 manat olub.

Şirkət ötən ili 1 mln. 230 min 558,52 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR